Popun kraliçası, dünya şöhrətli müğənni Madonna ötən gün Braziliyada 1,6 milyon insana pulsuz konsert verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 65 yaşlı sənətçinin konserti Rio-de-Janeyroda məşhur Kopakabana çimərliyində baş tutub.
Minlərlə insan günlərdir çimərlikdə düşərgə quraraq bu konserti gözləyib.
Yüzlərlə insan sahilyanı mənzillərin pəncərələrindən və qayıqlardan izlədiyi konsert sahəsinin ətrafına 3 mindən çox polis təyin edilib.
Termometrlərin 30 dərəcəni keçdiyi konsert meydançasında tamaşaçıların üzərinə su səpilib, pulsuz içməli su paylanıb.
Əfsanə Rəcəb
Manşet.az