HƏMAS atəşkəs təklifinə rəsmi olaraq cavab verdi

23:20 - 11 İyun 2024

HƏMAS atəşkəs təklifinə rəsmi olaraq cavab verdi

HƏMAS atəşkəs təklifi ilə bağlı Misir və Qətərə rəsmi olaraq cavab verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, HƏMAS hərəkatının Qəzzada atəşkəs təklifi ilə bağlı Misir və Qətərə rəsmi olaraq cavab verdiyi bildirilir.

Qeyd olunur ki, HƏMAS İsrailin qoşunlarının çıxarılması və girovların dəyişdirilməsi şərtləri ilə atəşkəs təklifini qəbul etməyə hazırdır.

Xatırladaq ki, iyunun 10-da BMT Təhlükəsizlik Şurası ABŞ lideri Co Baydenin Qəzza zolağında atəşkəs planı ilə birlikdə ABŞ-ın qətnaməsini qəbul edib. Səsvermə zamanı qətnaməni 15 ölkədən 14-ü dəstəkləyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az