Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Qara və Asos bölgələrində 21 PKK/YPG terrorçusu, Suriyanın şimalındakı Fərat Qalxanı bölgəsində isə 1 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik tərəfindən edilən paylaşımda, "Terrorçular onları gözləyən sondan qaça bilməzlər!"-, yazılaraq 22 terrorçunun zərərsizləşdirildiyi bildirilib.
Manşet.az