Suriyadakı Amerika bazası atəşə tutuldu

10:29 - 29 Sentyabr 2024

Suriyadakı Amerika bazası atəşə tutuldu

Suriya şimal-şərqində Deyr əz-Zor vilayətindəki Koniko qaz yatağı yaxınlığındakı ABŞ hərbi bazası atəşə tutulub.

 

Manset.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, bazaya raketlər və pilotsuz uçuş aparatları atılıb. Mənbə həmçinin birbaşa zərbələr barədə məlumat verib. Digər təfərrüatlar hələlik açıqlanmayıb.

Bu baza son dəfə avqustun 29-da atəşə tutulmuşdu. O zaman mərmi hərbi obyektin özünə dəyməmiş, ABŞ hərbçiləri xəsarət almamışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az