Latviya Prezidenti Edqars Rinkeviçs velosipeddən yıxılaraq sağ əlinin biləyini və sol əlinin barmağını sındırıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Delfi” portalı məlumat yayıb.
Rinkeviçsin ictimaiyyətlə əlaqələr üzrə müşaviri Martins Dregerisin jurnalistlərə verdiyi məlumata görə, xəsarətlər dövlət başçısının işinə təsir etməyəcək.