"Macarıstan Rusiyadan qaz almaq istəyir" - Siyarto

23:30 - 20 Yanvar 2025

\"Macarıstan Rusiyadan qaz almaq istəyir\" - Siyarto

Macarıstan siyasi səbəblərə görə Rusiya ilə əməkdaşlıqdan imtina etmək niyyətində deyil.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Peter Siyarto Buxarestdə beynəlxalq konfransda çıxışında deyib.

Ölkənin baş diplomatı bildirib ki, Rusiya təbii qazın tədarükü üçün ən əlverişli şərtləri təklif edir.

Onun sözlərinə görə, enerji sektorunda sanksiyalar və süni məhdudiyyətlər Avropa İttifaqının rəqabət qabiliyyətini azaldır.

“Siyasi səbəblərə görə müəyyən təchizatçılara qarşı diskriminasiya Avropa əhalisinin həyat səviyyəsinə ciddi təsir göstərir”, - nazir qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az