Əraqçi və Lavrovun telefon danışığı oldu

20:52 - 05 Aprel 2026

Əraqçi və Lavrovun telefon danışığı oldu

Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov və Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub. 


Manset.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə İslam Respublikası ətrafında yaranmış kritik hərbi-siyasi vəziyyət diqqət mərkəzində olub.

Məlumata görə, Sergey Lavrov bir sıra ölkələrin gərginliyin azaldılması istiqamətindəki səylərinin Yaxın Şərqdə uzunmüddətli sabitliyə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. O vurğulayıb ki, vəziyyətin normallaşması üçün ilk növbədə ABŞ ultimatum dilindən imtina etməli və məsələni diplomatik danışıqlar müstəvisinə qaytarmalıdır.

Xatırladaq ki, aprelin 1-də Lavrov Rusiyanın münaqişənin həllində rəsmi vasitəçi kimi çıxış etməyə tam hazır olduğunu bəyan etmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az