Siirtin Kurtalan rayonunda baş verən güclü fırtına nəticəsində Cümhuriyyət məhəlləsində bir ağac kökündən qoparaq aşıb.
Manset.az-ın məlumatına görə, hadisə zamanı ərazidə heç kimin olmaması mümkün faciənin qarşısını alıb.
Bölgədə güclü külək axşam saatlarına qədər təsirini davam etdirəcək. Aidiyyəti orqanlar vətəndaşlara ehtiyatlı olmağı tövsiyə edir.