Ərdoğan Şimali Kiprə getdi

17:00 - 03 May 2025

Ərdoğan Şimali Kiprə getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsi təyyarə ilə Şimali Kiprə səfər edib.


Manset.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.

Ərdoğanın səfər çərçivəsində bir sıra qurumları ziyarət edəcəyi, eyni zamanda “Texnofest” Aviasiya, Kosmonavtika və Texnologiya Festivalının mükafatlandırma mərasiminə qatılacağı gözlənilir.

Bundan başqa, Türkiyə liderinin Şimali Kipr Prezidenti Ərsin Tatarla görüşü planlaşdırılır. Görüşdə Kipr problemi başda olmaqla, ikitərəfli münasibətlərin və beynəlxalq proseslərin müzakirə ediləcəyi vurğulanır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv