Dünya şöhrətli müğənni üçüncü dəfə ana olacaq

12:22 - 06 May 2025

Dünya şöhrətli müğənni üçüncü dəfə ana olacaq

Dünya şöhrətli müğənni Rihanna üçüncü dəfə hamilə olduğunu 2025 Met Gala tədbirində açıqlayıb.


Manset.az-ın məlumatına görə, gecəyə həyat yoldaşı A$AP Rocky ilə qatılan ulduz sənətçi qarnını nümayiş etdirən geyimdə qırmızı xalçaya çıxaraq hamiləliyini elan edib.

Rihanna və A$AP Rocky cütlüyünün artıq iki övladı var – 3 yaşlı RZA və 1 yaşlı Riot Rouz. Yeni hamiləlik xəbəri sosial şəbəkələrdə böyük rezonans doğurub və qısa müddətdə gündəm mövzusuna çevrilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv