Zaxarovadan atəşkəs ELANI

19:09 - 06 May 2025

Zaxarovadan atəşkəs ELANI

"Mayın 7-dən 8-nə keçən gecə Böyük Vətən Müharibəsində Qələbə münasibəti ilə 72 saatlıq atəşkəs rejimi fəaliyyətə başlayacaq".


Manset.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Xarici İşlər Nazirliyinin brifinqində deyib.

O, əlavə edib ki, Ukrayna prezidenti Volodimir Zelenski bunu qəbul etməkdən imtina edib və atəşkəsi qeyri-ciddi adlandırıb. Onun sözlərinə görə, Rusiyadan fərqli olaraq, Ukrayna Silahlı Qüvvələri Pasxa atəşkəsi, eləcə də energetika sektoruna tətillərə qoyulan moratoriumları pozub.

“Zelenskinin müqəddəs heç nəsi yoxdur, o, müharibə qəhrəmanı olan babasını təhqir edib, qələbənin 80 illiyinə qədər yaşamış veteranları ələ salıb”, – deyə diplomat fikirlərini yekunlaşdırıb.

Yeganə


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv