Parisdə avtomobil PSJ azarkeşlərinə çırpıldı: Qələbəni qeyd edirdilər - VİDEO

09:39 - 08 May 2025

Parisdə avtomobil PSJ azarkeşlərinə çırpıldı: Qələbəni qeyd edirdilər - VİDEO

Parisdə avtomobil PSJ-nin UEFA Çempionlar Liqasının finalına çıxmasını qeyd edən azarkeşlərə çırpılıb.


Manset.az xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

İnsident nəticəsində xəsarət alan üç azarkeş xəstəxanaya çatdırılıb, onlardan birinin vəziyyətinin kritik olduğu bildirilir.

Hadisədən sonra onlarla PSJ fanatı maşının arxasınca qaçıb, sonradan hadisə yerindən bir neçə metr aralıda qəza etmiş avtomobil yanmış vəziyyətdə aşkarlanıb.

Hələlik insidentin hansı səbəbdən baş verdiyi, sürücünün isə saxlanılıb-saxlanılmadığı məlum deyil.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının yarımfinalında PSJ öz meydanında "Arsenal"ı 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv