Pakistanın Lahor şəhərində (ölkənin ikinci böyük şəhəri) Uolton hava limanı yaxınlığında bir sıra partlayışlar baş verib.
Manset.az xəbər verir ki, bu barədə “Samaa TV” kanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Hindistanın kəşfiyyat üçün istifadə olunan pilotsuz uçuş aparatı vurulub.
Bundan əlavə, Qopal-Naqar və Nasirabad rayonlarının sakinləri tüstü burumları barədə məlumat veriblər. Dron hava limanı ərazisində boğucu sistem ilə vurulub.