Yaponiyada baş verən qayıq qəzası faciə ilə nəticələnib.
Manset.az-ın məlumatına görə, Naqato şəhərindən yola çıxan qayıq təyin olunmuş vaxtda geri qayıtmayıb.
Hadisədən sonra bölgəyə sövq edilən axtarış-xilasetmə qrupları batmış qayığı aşkarlayıb.
Qəza nəticəsində qayıqda olan iki nəfərin həyatını itirdiyi bildirilib.
Qəzaya nə səbəb olduğu barədə araşdırmalar davam etdirilir.