"Putini Türkiyədə gözləyəcəm" - Zelenski

21:51 - 11 May 2025

\"Putini Türkiyədə gözləyəcəm\" - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski İstanbuldakı görüşə razıdır.


Manset.az xarici KİV-ə istinadla bildirir ki, Ukrayna prezidenti bu barədə Teleqram kanalında yazıb.

Zelenski bildirib ki, mayın 15-də Rusiya prezidenti Vladimir Putini Türkiyədə gözləyəcək.

Ukrayna prezidenti Putinə bir şərtlə mayın 15-də Türkiyədə keçiriləcək danışıqlarda onu şəxsən gözləyəcəyini vəd edib. Siyasətçinin sözlərinə görə, Moskva mayın 11-dən etibarən tam və uzunmüddətli atəşkəsə razılaşarsa, o, İstanbula gələcək. Ukrayna rəhbəri hesab edir ki, bu, diplomatiya üçün lazımi zəmin yaradacaq.

“Və mən Putini cümə axşamı Türkiyədə gözləyəcəm",-deyə Zelenski Teleqram kanalında yazıb.

Yeganə


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv