Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski İstanbulda danışıqlara hazırlaşsalar da, döyüş meydanında partlayışlar səngimək bilmir.
Manset.az-ın əldə etdiyi məlumata əsasən, Avropanın 30 günlük atəşkəs təklifinə baxmayaraq, Rusiya atəşkəsin qüvvəyə minməsinə bir saat qalmış Ukraynaya 100-dən çox PUA ilə hücum edib.
Ukrayna Hərbi Hava Qüvvələrindən verilən açıqlamaya görə, gecə saatlarında 108 pilotsuz uçuş aparatı ilə zərbə endirilib. Onlardan 55-i vurulub, 30-u isə radarlardan itib.