Türkiyənin Amasya vilayətində ard-arda iki - 4,4 bal və 4,2 bal gücündə zəlzələ baş verib.
Manset.az xarici mediaya istinadla bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ ilə əlaqədar iki rayonda təhsil dayandırılıb.Yeraltı təkanlardan qorxan vətəndaşlar binalardan çıxaraq bir müddət gözləyiblər.