Kongo Demokratik Respublikasındsa meydana gələn sel fəlakəti ciddi can və maddi itkilərə səbəb olub.
Manset.az-ın əldə etdiyi məlumata görə, ən az 62 nəfər həyatını itirib, 30 nəfər yaralanıb və bir çox insan hələ də tapılmayıb.
Rəsmi açıqlamalarda bölgədə axtarış və xilasetmə işlərinin davam etdirildiyi bildirilib.
Fəlakətin təsirləri arasında böyük maddi itkilər, çox sayda kənd təsərrüfatı sahəsinin məhv olması və təhsil fəaliyyətinin "axsaması" qeyd edilib.