Hindistanın baş naziri Narendra Modi Pakistana qarşı “Sindoor əməliyyatı”nı dayandırdıqlarını açıqlayıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, Hindistanın baş naziri Narendra Modi, Pakistana qarşı "Sindoor əməliyyatı"nı yalnız dayandırdıqlarını deyərək, lazım bildikləri təqdirdə onu davam etdirə biləcəklərini bildirib.
"Biz yalnız Pakistana qarşı əməliyyatlarımızı dayandırdıq. Gələcək onların davranışlarından asılı olacaq", - Modi açıqlamasında deyib.
Modi həmçinin bildirib ki, Hindistana qarşı istənilən terror hücumu layiqli cavabla qarşılanacaq və Hindistan bundan sonra heç bir nüvə şantajına dözməyəcək.