Baku TV-nin "Rəsmilər" verilişinin yeni buraxılışı yayımlanıb.
Manset.az xəbər verir ki, proqramın budəfəki buraxılışının qonağı Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin olub.
Diplomat Pahalqamdakı hücuma qarşı Pakistanın mövqeyindən danışıb, bu hadisənin bölgədəki vəziyyətə təsirini qiymətləndirib.
Verilişdə Qasım Mohiuddin Cəmmu və Kəşmir məsələsində konstruktiv dialoqun hansı şərtlər daxilində mümkünlüyündən bəhs edib.
Həmçinin Pakistanın bu məsələdə regional güclərin mövqeyinə münasibətindən danışıb.
"Bölgədə nüvə müharibəsi nə dərəcədə realdır?" sualını cavablandıran səfir "bu münaqişədən qaçmaq Hindistandan asılıdır" deyib.