“Microsoft” texnologiya bazarındakı yeni şəraitə uyğunlaşmaq üçün dünya üzrə təxminən 6 min iş yerini ixtisar edəcək.
Manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə “Bloomberg” şirkət nümayəndəsinə istinadən məlumat yayıb.
"Biz cari bazar dinamikasında şirkəti ən yaxşı mövqedə tutmaq üçün lazımi təşkilati dəyişiklikləri etməyə davam edirik", - agentlik onun sözlərindən sitat gətirib. İşdən çıxarılan 6 min işçidən 2 mininin “Microsoft”un Vaşinqtondakı baş ofisinin işçiləri olacağı qeyd edilir.
2023-cü ilin yanvarında Microsoft 10.000 nəfəri işdən çıxarıb. Şirkət daxilində vaxtaşırı ixtisarlar və büdcənin yönləndirilməsi texnologiya bazarındakı dəyişikliklərlə bağlıdır.
Bloomberg-in məlumatına görə, hazırda şirkətdə təxminən 228.000 işçi çalışır. İxtisarlar işçilərin ümumi sayının 3%-ni təşkil edəcək.