Üçqat Oskar mükafatı laureatı rejissor və ssenarist Robert Benton vəfat edib. O, "Kramer Kramerə qarşı", "Bonni və Klayd" və digər məşhur filmlərə rejissorluq edib.
Manset.az-ın əldə etdiyi məlumata görə, dünya şöhrətli kinorejissorun ölümünü onun meneceri Marisa Forzano təsdiqləyib.
Benton karyerasına "Esquire" jurnalında bədii rəhbər kimi başlayıb.
“Ürəkdəki yer”, “Axmaqlarsız”, “Məhəbbət bayramı” filmlərinə də rejissorluq edib. O, "Kramer Kramerə qarşı" filminə görə iki Oskar alıb.
Üçüncü Oskarını 1985-ci ildə "Ən yaxşı ssenari" kateqoriyasında "Ürəkdə bir yer" filminə görə alıb. O, həmçinin Qızıl Qlobus Mükafatı, Amerika Rejissorlar Gildiyası Mükafatı, Berlin Film Festivalında Qızıl Ayı və digər mükafatlara layiq görülüb.