Son 24 saat ərzində Qəzza xəstəxanalarına 108 nəfər ölüb, 393 fələstinli isə yaralanıb.
Manset.az xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi "Telegram" kanalında yazıb.
"2023-cü ilin oktyabrından Qəzzada gedən döyüşlərdə ölənlərin sayı 54 880 nəfərə çatıb, 126 227 nəfər yaralanıb", - deyə nazirlik bildirib.