İsrail Suriyaya zərbə endirdi - Ölən var

19:18 - 08 İyun 2025

İsrail Suriyaya zərbə endirdi - Ölən var

Suriyanın qərbində Dəməşq əyalətində yerləşən Beyt Cin kəndində İsrail pilotsuz təyyarəsinin avtomobili vurması nəticəsində bir nəfər həlak olub.


Manset.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı Ərəb Respublikasının təhlükəsizlik güclərindəki mənbəyə istinadən məlumat yayıb.

Telekanalın mənbəsinin məlumatına görə, hücum Livanla sərhəddə yerləşən Beyt Cin şəhərində avtomobilə dəyib.

Daha əvvəl İDF-in mətbuat xidməti məlumat verib ki, zərbə Suriyanın cənubundakı Məzrət Beyt Cin yaşayış məntəqəsinə endirilib. İsrail tərəfinin məlumatına görə, Fələstinin HƏMAS hərəkatının nümayəndəsi ərazidə olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az