Rusiya və Ukrayna danışıqları davam etdirməlidir - Peskov

14:37 - 09 İyun 2025

Rusiya və Ukrayna danışıqları davam etdirməlidir - Peskov

Rusiya və Ukraynanın memorandumlarına cavab mübadiləsi məsələsində iki nümayəndə heyətinin görüşünün davam etdirilməsi tələb olunacaq.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Buna görə də, əlbəttə ki, indi vəziyyətin necə inkişaf edəcəyindən asılı olaraq, danışıqların davam etdirilməsi və növbəti raundu barədə söhbət getməlidir. Hələlik bununla bağlı dəqiq anlaşma yoxdur", - o deyib.

D.Peskov həmçinin qeyd edib ki, Rusiya həlak olmuş hərbçilərin meyitlərinin Ukraynaya təhvil verilməsi və əsir mübadiləsi ilə bağlı razılaşmaları həyata keçirməyə hazırlığını qoruyub saxlayır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv