Gürcüstan parlamenti əcnəbilərin ölkədə qalma qaydalarını sərtləşdirən yeni qanunvericilik paketi hazırlayıb.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze keçirdiyi brifinqdə bildirib.
Mdinaradze deyib ki, dəyişikliklərə əsasən, qaydaları pozan əcnəbilərə tətbiq olunan cərimələr artırılır, ölkədə qeyri-qanuni qalan şəxslərin çıxarılması prosesi isə sadələşdirilir.
Eyni zamanda, Gürcüstana girişə qadağa və yeni cəza növlərinin tətbiqi də nəzərdə tutulur. Bununla bağlı ölkənin cinayət və inzibati xətalar məcəllələrinə əlavələr ediləcək.