Egey dənizində zəlzələ baş verib.
Manset.az-ın əldə etdiyi məlumata görə, yeraltı təkanların maqnitudası 3,9 bal təşkil edib.
Zəlzələ yerli vaxtla saat 06:04-də baş verib.
AFAD-ın açıqlamasında qeyd olunur ki, yeraltı təkanların ocağı 7 kilometr dərinlikdə yerləşib.
Hadisə ilə bağlı hər hansı bir tələfat və ya dağıntı barədə məlumat verilməyib.