"Biz Pakistana hücum etməyə hazırıq" - Hindistan 

08:44 - 10 İyun 2025

\"Biz Pakistana hücum etməyə hazırıq\" - Hindistan 

Hindistanın Xarici İşlər naziri Subrahmanyam Jaishankar bildirib ki, ölkəsi terror hücumları ilə təhrik olunacağı halda Pakistana və oradakı terror hədəflərinə hücum etməyə hazırdır.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, “Politico”ya müsahibəsində Pakistanı minlərlə terrorçu yetişdirib Hindistana göndərməkdə ittiham edib.

Nazir vurğulayıb ki, hədəflər Pakistanın daxilində olsa belə, Hindistan hərbi əməliyyat keçirəcək.

Qeyd edək ki, aprelin 22-də Kəşmirdə baş verən və 26 nəfərin ölümü ilə nəticələnən terror hücumundan sonra Hindistan mayın 6-da Pakistan və Azad Kəşmir ərazisinə raket zərbələri endirib. Cavab əməliyyatı “Sindoor” adlandırılıb.

Tərəflər ABŞ-nin vasitəçiliyi ilə mayın 10-da atəşkəs elan ediblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv