Bu ölkədə partlayış oldu - 6 nəfər ölüb, yaralılar var

09:44 - 10 İyun 2025

Bu ölkədə partlayış oldu - 6 nəfər ölüb, yaralılar var

Nigeriyanın şimal-qərbində yerləşən Sokoto əyalətində baş verən partlayış nəticəsində azı 6 nəfər həyatını itirib, bir neçə nəfər yaralanıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə barədə əyalət polisinin sözçüsü Əhməd Rufai məlumat verib.

Rufainin sözlərinə görə, partlayış kustar üsulla hazırlanmış partlayıcı qurğunun səbəb olduğu güman edilən Qvabro kəndində qeydə alınıb. Hadisə yerində araşdırmalar davam etdirilir.

"Partlayış nəticəsində 6 nəfər dünyasını dəyişib, çox sayda yaralı var. Hadisənin dəqiq səbəbləri ilə bağlı istintaq aparılır", – deyə Rufai bildirib.

Qeyd edək ki, Nigeriya uzun müddətdir müxtəlif silahlı qruplaşmaların, o cümlədən İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatlarının hücumlarına məruz qalır. Yanvar ayında ölkə hökuməti bu qruplaşmalardan biri olan Lakuravanı da terror təşkilatı kimi tanıyıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv