Məşhur musiqiçi vəfat etdi - FOTO

11:43 - 10 İyun 2025

Məşhur musiqiçi vəfat etdi - FOTO

Amerikalı musiqiçi, rok və funk janrının öncüllərindən olan Sly Stone 82 yaşında dünyasını dəyişib.


Manset.az xəbər verir ki, bu barədə BBC News məlumat yayıb.

Əsl adı Silvestr Stüart olan sənətçinin ailəsinin verdiyi açıqlamada bildirilib ki, o, uzun müddət davam edən KOAH və digər sağlamlıq problemləri səbəbindən vəfat edib.

Ailəsinin verdiyi açıqlamada deyilir: “Onun ikonik mahnıları dünyada silinməz iz qoyub və təsiri bu gün də hiss olunur.”

Sənətçinin ailəsi, həmçinin, Sly Stone-un həyat hekayəsinə əsaslanan ekran işinin tamamlandığını və yaxın zamanda ictimaiyyətə təqdim olunacağını bildirib.

Sly Stone sonuncu dəfə 2005-ci ildə Grammy Mükafatları mərasimində pərəstişkarları ilə görüşmək üçün səhnəyə qayıdıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv