ABŞ prezidenti Donald Trampın imzaladığı “səyahət qadağası” qərarı qüvvəyə minib.
Manset.az xəbər verir ki, qərara əsasən, İran, Əfqanıstan, Somali, Yəmən, Myanma və Haiti də daxil olmaqla 12 ölkənin vətəndaşlarına ABŞ-yə giriş tam qadağan edilib.
Kuba, Türkmənistan və Venesuela daxil olmaqla daha 7 ölkəyə isə məhdudiyyətlər tətbiq olunub.
Qərarda bəzi istisnalar da nəzərdə tutulur – əvvəlcədən viza almış şəxslər, immiqrant vizası olanlar və idmançılar bu məhdudiyyətlərdən azaddır.
Tramp bildirib ki, bu addım “nəzarəti itirmiş” ölkələrə qarşı atılıb. Qərar ABŞ daxilində və beynəlxalq aləmdə kəskin tənqid edilib.