Gürcüstan bu qaydaları sərtləşdirir

13:49 - 10 İyun 2025

Gürcüstan bu qaydaları sərtləşdirir

Gürcüstan hakimiyyəti xarici vətəndaşların ölkədə qalma qaydalarını sərtləşdirmək niyyətindədir.


Manset.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Hakim “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze bəyan edib ki, Cinayət Məcəlləsində yeni cəza növü olacaq: əcnəbinin müəyyən müddətə Gürcüstana girişinə qadağa qoyulmaqla ölkədən çıxarılma.

"Oxşar tədbir İnzibati Xətalar Məcəlləsində də əksini tapacaq", - Mdinaradze brifinq zamanı deyib.

Onun sözlərinə görə, ölkədə qalma qaydalarının pozulmasına görə cərimələrin əhəmiyyətli dərəcədə artırılması da nəzərdə tutulur, bundan əlavə, qeyri-leqal mühacirlərin deportasiyası prosesi sadələşdiriləcək.

Bundan əvvəl, aprelin ortalarında Gürcüstanın Daxili İşlər Nazirliyi miqrasiya rejiminin sərtləşdirilməsinə yönəlmiş qanunvericiliyə düzəlişlər paketi hazırlayıb. Yeniliklər beynəlxalq müdafiənin təmin edilməsi mexanizmlərinin təkmilləşdirilməsinə, qeyri-qanuni miqrasiyaya qarşı mübarizəyə və sığınacaq prosedurundan sui-istifadə hallarının qarşısının alınmasına yönəlib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv