İran Prezidenti Məsud Pezeşkian iyunun sonunda Belarusa səfər edəcək.
Manset.az xəbər verir ki, bu barədə Belarusun xarici işlər naziri Maksim Rıjenkov tələbələrlə görüşündə deyib.
"Avrasiya İqtisadi İttifaqının Ali İqtisadi Şurasının 26-27 iyunda keçiriləcək iclası çərçivəsində İran prezidentinin ölkəmizə səfəri olcaq. Onun iqtisadi forumda iştirakı həm də rəsmi səfəri ilə birləşdiriləcək", - Belarus XİN rəhbəri bildirib.