Toydan qayıdan mikroavtobus aşdı - Çoxlu yaralı var

09:24 - 11 İyun 2025

Toydan qayıdan mikroavtobus aşdı - Çoxlu yaralı var

Türkiyənin Çorum vilayətinin Alaca rayonunda baş verən yol qəzası nəticəsində 17 nəfər xəsarət alıb.


Manset.az xəbər verir ki, hadisə Yozqat-Alaca Koçhisar bölgəsində qeydə alınıb.

İlkin məlumata görə, Adanada keçirilən toydan qayıdan və Samsuna gedən vətəndaşları daşıyan mikroavtobus sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.

Qəza barədə məlumat aldıqdan sonra əraziyə çoxsaylı təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv