3 bölgədə meşə yanğınları – Sakinlər təxliyə edilir

09:42 - 11 İyun 2025

3 bölgədə meşə yanğınları – Sakinlər təxliyə edilir

Yunanıstanın bir neçə bölgəsində baş verən meşə yanğınları ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülür.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Afinanın yaxınlığında yerləşən Anavisos bölgəsində dünən günorta saatlarında başlayan yanğın sürətlə yayılıb. Nəticədə Palea Fokea qəsəbəsinin sakinlərinə evlərini tərk etmək göstərişi verilib.

Yanğının söndürülməsi istiqamətində qurudan 110 yanğınsöndürən və 28 texnika, havadan isə 3 təyyarə və 3 helikopter cəlb olunub.

Bundan başqa, Midilli adasındakı Paleokipos bölgəsində baş verən meşə yanğını səbəbindən ərazidə yerləşən uşaq bağçası və ibtidai məktəb ehtiyat tədbiri olaraq boşaldılıb.

Meşə yanğınlarının baş verdiyi digər məntəqə isə Qərbi Trakiyanın Xanthi vilayətinin Avdıra bölgəsidir. Günorta saatlarında başlayan yanğına müdaxilə davam edir. Rəsmilər hələlik yaşayış məntəqələrinə təhlükə olmadığını bildiriblər.

Yunanıstanın mülki müdafiə orqanları genişmiqyaslı yanğınsöndürmə tədbirlərini davam etdirir. Vətəndaşlara 112 xidməti vasitəsilə xəbərdarlıq mesajları göndərilib. Səlahiyyətli qurumlar isti hava və güclü küləklərlə əlaqədar yanğın təhlükəsinin artdığını bildirərək əhalini ehtiyatlı olmağa çağırıblar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv