ABŞ və Çin razılığa gəldi

10:31 - 11 İyun 2025

ABŞ və Çin razılığa gəldi

ABŞ və Çin rəsmiləri, iki ölkə arasında ticarət gərginliyini azaldan razılaşmanın davam etdirilməsi məqsədilə yeni çərçivə sazişi üzərində razılığa gəliblər.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Londonda keçirilən və iki gün davam edən danışıqlardan sonra jurnalistlərə açıqlama verən ABŞ-nin ticarət naziri Hovard Lutnik bildirib ki, əldə olunan çərçivə sazişi ötən ay Cenevrədə razılaşdırılmış razılaşmanın davamı olacaq.

"Cenevrədə əldə olunan razılaşmanın həyata keçirilməsi və iki ölkə liderləri arasında telefon danışıqlarının aparılması üçün bir çərçivə üzərində razılaşdıq," – deyə Lutnik qeyd edib. Onun sözlərinə görə, yeni çərçivə sənədi təsdiq üçün ABŞ və Çin liderlərinə təqdim olunacaq.

Razılaşmaya əsasən, Çin tərəfindən nadir mineralların ixracına qoyulan bəzi məhdudiyyətlər aradan qaldırılsa da, tərəflər arasında ticarət sahəsindəki əsas fikir ayrılıqlarının hələ də qalması müşahidə olunur.

Xatırladaq ki, Cenevrədə əldə edilən ilkin razılaşma hər iki ölkəyə tətbiq edilən qarşılıqlı əlavə gömrük rüsumlarının azaldılmasını nəzərdə tuturdu. Lakin Çin kritik mineralların ixracını məhdudlaşdırmaqda davam etdiyi, ABŞ Prezidenti Donald Tramp isə buna cavab olaraq Çinə qarşı yeni ixrac məhdudiyyətləri tətbiq etdiyi üçün razılaşma tam icra olunmamışdı.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv