Türkiyədə kişi boşanma ərəfəsindəki arvadını döyüb, yanındakı kişini bıçaqlayıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, 5 uşaq anası olan Nimet Ç. 30 illik həyat yoldaşı Rüstem Ç.-dən 27 sentyabrda ayrılaraq evdən çıxmışdı. Bu müddət həyat yoldaşını tapa bilməyəm Rüstem Ç. onu tapmaq üçün televiziya proqramına müraciət edib. Proqram zamanı Nimet Ç.-nin İzmirin Torbalı rayonunda olduğu müəyyən edilib və iki gün əvvəl Nimet Ç. ilə Mehmet U. həmin proqramda canlı yayıma qatılıb. Verilişdən sonra ikili bir otelə yerləşib.
Axşam saatlarında otelə gizlicə daxil olan Rüstem Ç., iddiaya görə, həyat yoldaşı ilə Mehmet U.-nun eyni otaqda olduğunu görüb. Bunun üzərinə əlindəki bıçaqla otağa daxil olaraq əvvəlcə həyat yoldaşını döyüb, daha sonra Mehmet U.-nu belindən və biləyindən bıçaqlayıb. Hadisə zamanı oteldə qalan bir şəxs süpürgə ilə müdaxilə edərək hücumçunu dayandırmağa çalışıb. Anlar təhlükəsizlik kamerasına düşüb.