"YouTube"da yeni dövr - Əvvəlki funskiya geri gəlir

11:55 - 20 Noyabr 2025

\"YouTube\"da yeni dövr - Əvvəlki funskiya geri gəlir

"YouTube"da istifadəçilərin təkidi ilə 6 il əvvəl ləğv edilən xüsusiyyət geri qaytarılır.



Manset.az xəbər verir ki, "YouTube", istifadəçi tələblərinin artması səbəbilə 6 il əvvəl platformadan qaldırdığı funksiyanı yenidən istifadəyə gətirməyə hazırlaşır.  "YouTube" hər nə qədər bu funksiyanı tam olaraq “birbaşa mesajlaşma” kimi adlandırmasa da, istifadəçilər bəyəndikləri videoları paylaşaraq eyni tətbiq daxilində söhbət edə biləcəklər.

Mesajlaşma funksiyası hələlik yalnız İrlandiya və Polşada istifadəyə verilib. Sınaq mərhələsində "YouTube" bu bölgələrdəki istifadəçilərdən geribildirim toplayacaq və sonra funksiyanın platformaya daimi şəkildə əlavə olunub-olunmayacağına qərar veriləcək.

Bu funksiya ilk dəfə 2017-ci ildə təqdim edilmişdi, lakin bir il sonra YouTube diqqətini digər sosial media təcrübələrinə yönəltdiyi üçün tamamilə platformadan çıxarılmışdı.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az