Yalovada, 6-cı mərtəbədəki evinin pəncərəsindən yıxılaraq həyatını itirən məşhur müğənni Güllünün ölümü ilə bağlı araşdırma davam edir. Əhəmiyyətli bir yenilik baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin sevilən sənətçilərindən olan Güllü (Gül Tut), 26 sentyabrda, Türkiyə saatı ilə 01:30 radələrində Yalova vilayətinin Çınarcık rayonunun Harmanlar kəndində yerləşən Vali Akı küçəsindəki 6-cı mərtəbədəki evinin pəncərəsindən düşərək dünyasını dəyişib. Güllü-nün cənazəsi gözyaşları arasında torpağa verilib və ölümü ilə bağlı istintaq başlanılıb.
Yalova Cumhuriyyət Başsavcısı Duygu Bayar Öksüz tərəfindən aparılan araşdırmaya əlavə olaraq bir digər prokuror da təyin edilib. Beləliklə, dosyanı araşdıran prokurorların sayı 3-ə çatıb.
İstintaqın davam etdiyi dosyada, ekspert rəyi və evin daxili təhlükəsizlik kamerasının görüntüləri ilə bağlı səs analizinin nəticələri gözlənilir. Başsavcı Öksüz, görüntüləri ilk olaraq Bursa Kriminal Polis Laboratoriyasına göndərib, daha sonra isə Ankara Kriminal Polis Laboratoriyası və nəhayət, TÜBİTAK-a göndərib. Araşdırmalar davam edir.