Keçmiş həyat yoldaşını öldürdü - Qorxunc hadisə

22:21 - 20 Noyabr 2025

Keçmiş həyat yoldaşını öldürdü - Qorxunc hadisə

Türkiyənin Muş şəhərində bir qadın keçmiş həyat yoldaşı tərəfindən ov tüfəngi ilə vurularaq ağır şəkildə yaralanıb. Hadisədən sonra qaçan şübhəlinin tutulması üçün polis genişmiqyaslı axtarışlara başlayıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Yeşilyurt məhəlləsində baş verib. Məlumata görə, boşandığı keçmiş həyat yoldaşının silahlı hücumuna məruz qalan Yasəmən D. ağır yaralanıb. Atəş səsi və baş verənlər məhəllə sakinləri arasında ciddi təşvişə səbəb olub.

Zərərçəkənə ilkin tibbi yardım hadisə yerində göstərilib və o, təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Yasəmən D.-nin vəziyyətinin ağır olduğu və reanimasiya (qırmızı zona) şöbəsində müalicəsinin davam etdiyi bildirilib.

Polis əməkdaşları silahlı hücumdan sonra hadisə yerindən qaçan şübhəlinin saxlanılması üçün geniş əməliyyat tədbirləri həyata keçirirlər. Şübhəlinin qaçarkən silahla birlikdə mobil telefon kamerasına düşdüyü də qeyd olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az