Qonşusunu öldürdü - Sonra intihar etdi

22:27 - 20 Noyabr 2025

Qonşusunu öldürdü - Sonra intihar etdi
Ədirnənin Enez kəndində yaşayış binasında qonşusu ilə qarşılaşan 70 yaşlı kişi onu öldürüb, sonra intihar edib.

Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, məlumata görə, əri ilə birlikdə Enezdə yaşayan 68 yaşlı Türkan Demirci axşam saatlarında yaşadığı binanın dəhlizinə çıxarkən onu gözləyən 70 yaşlı Cemali Sönmez ilə qarşılaşıb. Sönməz Dəmirçini görən kimi onun başına bir atəş açıb, daha sonra yaşayış binasının bağçasına çıxıb və silahı özünə tuşlayıb.

Silah səslərini eşidən yaşayış binasının sakinləri təşviş içində çölə qaçıblar. Sakinlərin xəbəri alındıqdan sonra hadisə yerinə jandarma, təcili yardım və yanğınsöndürənlər sövq edilib. Sağlamlıq qrupları hər iki şəxsin hadisə yerində öldüyünü müəyyən edib.

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az