Türkiyənin Osmaniye şəhərinin Bahçe kəndində 4,4 bal gücündə zəlzələ baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Osmaniyenin Bahçe rayonunda Türkiyə saatı ilə 12:09-da 4,4 bal gücündə yeraltı təkan qeydə alınıb. AFAD internet səhifəsində yayılan məlumata görə, zəlzələnin episentri Bahçe rayonu olub.
Yeraltı təkanın dərinliyinin 8,8 kilometr olduğu bildirilib.