Bir müddətdir Çexiya milli komandası ilə adı hallanan Fatih Terim barədə yeni məlumat yayılıb. Təcrübəli mütəxəssisin namizədlər arasında olduğu baş məşqçi postu üçün Çexiya Futbol Federasiyası seçimini edib və milli komandanın yeni çalışdırıcısının Yurgen Klinsman olacağını bəyan edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, son olaraq Səudiyyə Ərəbistanının “Əl-Şabab” klubunu çalışdıran Fatih Terim yay mövsümündə vəzifəsindən ayrıldıqdan sonra bir sıra klublar və milli komandalarla əlaqələndirilirdi.
Bu müddətdə 72 yaşlı mütəxəssisin adı xüsusilə Çexiya milli komandası ilə tez-tez gündəmə gəlmişdi.