Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti, Rusiya tərəfindən Zaporijyaya edilən hücumlar nəticəsində 5 nəfərin həyatını itirdiyini, 3 nəfərin isə yaralandığını bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, yaralılar hadisə yerində ilkin tibbi müdaxilə alaraq xəstəxanaya çatdırılıblar, hücumdan sonra baş verən yanğınlar isə yanğınsöndürənlər tərəfindən söndürülüb.