Bu ölkədə güclü zəlzələ oldu

12:01 - 21 Noyabr 2025

Bu ölkədə güclü zəlzələ oldu

Banqladeşdə 5.7 maqnitudada zəlzələ baş verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzinin verdiyi açıqlamaya görə, Banqladeşdə 5.7 maqnitudasında zəlzələ baş verib və zəlzələnin episentri paytaxt Dakkadan 40 kilometrlik məsafədə yerləşən Nasrinqdi şəhəri olub. Yerin 10 km dərinliyində baş verən və paytaxt Dakka ilə müxtəlif şəhərlərdə hiss edilən zəlzələdə 3 nəfərin həyatını itirdiyi bildirilib.

Zəlzələ Hindistanda da hiss olunub. Dakka polisinin verdiyi məlumata görə, zəlzələ zamanı 5 mərtəbəli bir binanın balkonu çökərək piyada keçidinin üzərinə düşüb, nəticədə 2 nəfər hadisə yerində, bir nəfər isə xəstəxanaya aparıldıqdan sonra həyatını itirib. Zəlzələ səbəbindən bəzi binaların çökəcəyindən qorxaraq evlərini tərk edən 3 nəfər də yaralanıb. Dakka və bəzi şəhərlərdə böyük maddi ziyan meydana gəlib.

Zəlzələ Hindistanda da hiss olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az