Kainatın ən gözəl qadını o seçildi - FOTO

12:08 - 21 Noyabr 2025

Kainatın ən gözəl qadını o seçildi - FOTO

Dünyanın ən prestijli gözəllik yarışmalarından biri olan "Miss Universe-2025" sona çatıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, aparıcı ilə mübahisə yaşayan Meksikalı Fatima Bosch 2025-ci ilin Kainat Gözəli seçilib.

Türkiyə vaxtı ilə saat 04:00-da başlayan tədbiri bütün dünyadan milyonlarla izləyici izləyib. Təşkilatın rəsmi sosial media hesabında edilən açıqlamaya görə, yarışmanı Meksikalı gözəl Fatima Bosch qazandı. Açıqlamada belə deyilib: "Yeni "Miss Universe"imizi təbrik edirik. Bu gecə bir ulduz doğdu. Zarafəti, gücü və parlaq ruhu ilə dünyanın ürəyini fəth etdi və onu yeni kraliçamız olaraq aramızda görməkdən böyük məmnuniyyət duyuruq".

Qeyd edək ki, Meksikalı gözəli sırasıyla Tayland, Venezuela, Filippinlər və Fil dişi Sahilləri izləyib.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az