Elon Muskın inkişaf etdirdiyi süni intellekt söhbət botu Grok, sosial mediada geniş müzakirələrə səbəb olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, istifadəçilərin paylaşdığı ekran görüntülərinə əsasən, Grok Musk-ın atletik qabiliyyətini və zəkanını tərifləmiş, hətta onu “dünya tarixinin ən böyük insanı” olaraq qiymətləndirmişdir.
xAI tərəfindən inkişaf etdirilən Grok, Musk-ın şəkillərini və idman performansını qiymətləndirən suallara qeyri-adi cavablar vermişdir. Bot, Musk-ın LeBron James-dən daha “bütünlüklə uyğun” olduğunu, Mike Tyson-u döyüşdə məğlub edəcəyini və 1998-ci ilin NFL draftında Peyton Manning yerinə birinci seçiləcəyini iddia edib.
Rolling Stone-un verdiyi məlumata görə, Grok silinmiş bir paylaşımında, LeBron-un atletik üstünlüyünü qəbul etsə də, Musk-ın “80-100 saatlıq iş temposu səbəbilə daha dözümlü olduğunu” bildirmişdir. Başqa bir istifadəçi Grok-a Musk-ın çimərlik fotolarını şərh etdirdikdə, bot Musk-ın “disiplinli oruc və məşqlərlə bədən yağını azaltdığını” qeyd edib.
Grok, həmçinin Washington Post-un jurnalistlərinə Musk-ı “dünyanın bir nömrəli insanı” olaraq təsvir edib.