14 tələbə zəhərləndi - Kütləvi zəhərlənmə

16:34 - 21 Noyabr 2025

14 tələbə zəhərləndi - Kütləvi zəhərlənmə

Bolu şəhərində yeməkxanadan yemək yeyən 14 universitet tələbəsi, zəhərlənmə şübhəsi ilə xəstəxanalara müraciət edib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bolu Abant İzzet Baysal Universitetinin Diş Həkimliyi Fakültəsində təhsil alan 14 tələbə, dünən fakültənin yeməkxanasında yemək yedikdən bir müddət sonra mədə bulantısı, qusma və baş dönməsi şikayətləri ilə xəstəxanaya müraciət edib.

Bolu İzzet Baysal Təhsil və Araşdırma Xəstəxanasında 10 tələbə, Bolu İzzet Baysal Köroğlu Dövlət Xəstəxanasında isə 4 tələbə müalicə edildikdən sonra evə buraxılıb. Tələbələrin vəziyyətinin yaxşı olduğu bildirilərkən, yeməkxanadan nümunə götürülüb. Hadisə ilə bağlı lazımi araşdırmaların aparıldığı qeyd edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az