ABŞ Prezidenti Donald Tramp ətraf mühit və insan sağlamlığını təhdid edən iki fərman imzalamağa hazırlaşır.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, əvvəlcə okean dibində mədənçilik fəaliyyətinə icazə verən Tramp, indi isə təhlükə altında olan növləri və insan sağlamlığını nəzərə almadan bəzi qərarlar vermək niyyətindədir. Qlobal yaşayış mühiti və insan sağlamlığını təhdid edən bu təşəbbüslər, ətraf mühit təşkilatları tərəfindən "planetin gələcəyi üçün fəlakət" kimi qiymətləndirilib.
ABŞ Prezidenti Donald Tramp, qlobal ətraf mühit siyasətində yeni bir böhran dövrü başlatmağa hazırlaşır. Tramp, okean dibində mədənçiliyi icazə verən qərarın ardından, indi də təhlükə altında olan canlı növlərinin qorunması ilə bağlı qanunları zəiflətdirməyi və pestisidlər ilə "daimi kimyəvi maddələrin" (PFAS) istifadəsini azad etməyi planlaşdırır. Alimlərə görə, bu iki tənzimləmə yalnız ABŞ-ın deyil, bütün dünyanın ekosistemini və insan sağlamlığını daimi şəkildə təhdid edəcək.