Maşın kanala AŞDI - 6 yaralı var / FOTO

10:05 - 23 Mart 2026

Maşın kanala AŞDI - 6 yaralı var / FOTO

Lənkəran rayonunda avtomobil yoldan çıxaraq aşıb.


Manset.az Report-a istinadən xəbər verir ki, rayonun Qurumba kəndi ərazisində Lənkəran şəhəri istiqamətində hərəkətdə olan "Audi Q-7" markalı minik avtomobili idarəetməni itirərək yol kənarında qaz borusuna çırpılıb, daha sonra suötürücü kanala aşıb.

Qəza nəticəsində avtomobildə olan altı nəfər yaxın qohumlar - 1953-cü il təvəllüdlü Yelena İvan qızı Qurbanova, 2019-cu il təvəllüdlü R.Qurbanov, 1981-ci il təvəllüdlü Ruslan Fərman oğlu Qurbanov, 2014-cü il təvəllüdlü F.Qurbanov, 1988-ci il təvəllüdlü Günel Cahangir qızı Qurbanova və 1973-cü il təvəllüdlü Maya Əbdüləzim qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıblar. Onlara ilkin tibbi xidmətlər göstərildikdən sonra müalicələrin davamı üçün müvafiq şöbələrə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az